İsrailli nazir BƏƏ-yə gedir: Səfirlik açılacaq

21.06.2021 15:51     Dünyadan reaksiya     444

İsrail xarici işlər naziri Yair Lapid Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər edəcək.

Reaksiya.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

29-30 iyun tarixlərində baş tutacaq səfər zamanı Lapid İsrailin BƏƏ-dəki Səfirliyi və Dubay Konsulluğunun rəsmi açılışını da edəcək.

Qeyd edək ki, Y.Lapid BƏƏ və İsrail arasında münasibətlərin normallaşması razılaşmasından sonra Əbu-Dabiyə səfər edən ilk İsrail naziri olacaq.

Reaksiya.az

Şərhlər