ATƏT-dən Ermənistandakı seçiklərə ilk qiymətləndirmə

21.06.2021 16:18     Dünyadan reaksiya     424

Ermənistanda parlament seçkiləri rəqabətlilik şəraitində keçirilib, ancaq müşahidəçilərin öz iradları da var.

Reaksiya.az xəbər verir ki, bu sözləri ATƏT PA-nın Ermənistandakı müşahidə missiyasının rəhbəri Kari Henriksen İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

“Bütövlükdə seçki rəqabətli keçib və qısa müddət üçün kifayət qədər yaxşı, peşəkar səviyyədə və seçici etibarına uyğun təşkil olunmuşdu. Əsas hüquq və azadlıqlar qorunub, seçki kampaniyası zamanı hər tərəfə bərabər şərait yaradılıb”, - o bildirib.

Texniki detallara qalanda isə Henriksen qeyd edib ki, bir çox seçki məntəqəsində əlillər üçün şərait yox idi:

“Səsvermə hamı üçün əlçatan olmalıdır. Bu, demokratiyanın atributu və seçkinin ədalətliliyidir”.

Henriksen eyni zamanda rəqiblərin ritorikasının da “düşməncəsinə” olduğuna diqqət çəkib.

Reaksiya.az

Şərhlər