Britaniya və Ukrayna razılaşdı: London Kiyevlə birgə...
22.06.2021 10:29 Dünyadan reaksiya 400
Ukrayna və Britaniya hərbi gəmilərin birgə layihələndirilməsi və tikintisi barədə razılaşıblar.
Reaksiya.az xəbər verir ki, bununla bağlı memorandumu Britaniyanın müdafiə satınalmaları məsələləri üzrə naziri Ceremi Kvin və Ukrayna müdafiə nazirinin müavini Aleksandr Mironyuk imzalayıb.
Sənədin imzalanması Odessada Britaniyanın HMS DEFENDER hərbi gəmisinin göyərtəsində baş tutub. İmzalanma mərasimi zamanı gəminin göyərtəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov, britaniyalı admiral Toni Radakin və Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons da olub.
Şərhlər