Sərkisyanın yaxın adamının maşını partladıldı

22.06.2021 11:55     Dünyadan reaksiya     408

Ermənistan parlamentinin eks-deputatı Miqran Akopyanın avtomobilinin altında qumbara partlayıb.

Reaksiya.az xəbər verir ki, bu məlumatı “Sputnik Ermənistan” yayıb. Məlumata görə, partlayış səhər 08:30-da baş verib. İnsident nəticəsində heç kim xəsarət almayıb.

Akopyan özü hücumun siyasi fəaliyyəti ilə əlaqədar olduğunu bildirib.

Qeyd edək ki, Akopyan Serj Sərkisyanın yaxın adamlarından biridir. O, “Karyak Media” şirkətlər qrupunun sahibidir.

Reaksiya.az

Şərhlər