Duterte peyvənd olunmayanları həbslə hədələdi
22.06.2021 15:44 Dünyadan reaksiya 470
Filippin Prezidenti Duterte peyvənd olunmayanları həbsə atmaqla hədələyib.
Reaksiya.az xəbər verir ki, bu barədə “Strayts Tayms” qəzeti məlumat yayıb.
Məlumata görə, paytaxt Malinada baş tutan peyvəndləmə kampaniyasına çox az insanın qatılması Filippin Prezidentinin qəzəbinə səbəb olub.
Qeyd edək ki, ölkədə bu günə qədər 1 milyon 364 min 239 nəfər koronavirusa yoluxub. Bunlardan 23 min 749 nəfər həyatını itirib.
Şərhlər