Rusiya bombardmançısı İngiltərə hərbi gəmisinə atəş açıb
23.06.2021 16:05 Dünyadan reaksiya 426
Rusiya hərbçiləri ölkənin Qara dənizdəki ərazi sularına girən İngiltərə hərbi gəmisi “Defender”in hərəkəti istiqamətində xəbərdarlıq atəşi açıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Rusiyanın “Su-24M” bombardmançısı Qara dənizin şimal-şərqində Fiolent burnu yaxınlığında dövlət sərhədinin pozulmasını dayandırmaq üçün xəbərdarlıq bombardmanı həyata keçirib.
Rusiya MN-in açıqlamasında bildirilib ki, atəşdən öncə dövlət sərhədinin pozulması halında silah istifadəsi barədə xəbərdarlıq edilsə də, İngiltərə hərbi gəmisi buna reaksiya verməyib.
Açıqlamada qeyd olunub ki, Qara Dəniz Donanması və Rusiya FSB-nin sərhəd xidmətinin tədbirləri nəticəsində “Defender” Rusiyanın ərazi sularını tərk edib.
Hadisədən sonra Böyük Britaniyanın Moskvadakı səfirliyinin hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.
Şərhlər