Çin müdafiə nazirindən ABŞ-a qarşı sərt ittiham
25.06.2021 10:10 Dünyadan reaksiya 343
Dünyadakı xaos zorakı siyasət tətbiq edən və öz qaydalarını yeridən bir ölkənin (ABŞ nəzərdə tutulur – red.) addımlarından qaynaqlanır.
Reaksiya.az xəbər verir ki, bu sözləri Çin müdafiə naziri Vey Fenqxe deyib.
“Bütün dünyanın nizamsız olduğu deyilir. Xaotik hadisələr və situasiyalar meydana gəlir. Bunun səbəbi hər şeyi unudan və özü üçün soyuq savaş zehniyyətini müəyyən edən bir ölkənin zorakı siyasət tətbiq etməsi, hegemoniyaya üstünlük verməsidir. Bu ölkə üçün hər şeydən öncə təktərəflilik və müdaxilə gəlir”, - deyə nazir bildirib.
Nazir əlavə edib ki, ABŞ bir çox ölkədə qanuni hökumətləri dəyişmək üçün rəngli inqilablar həyata keçirir və ictimaiyyəti manipulyasiya edir.
Şərhlər