Hindistan Çinlə sərhəddəki ordusunu 200 minə çatdırdı

28.06.2021 11:24     Dünyadan reaksiya     352

Hindistan son aylar ərzində Çinlə sərhədə əlavə 50 min nəfərlik hərbçi yerləşdirib.

Reaksiya.az xəbər verir ki, bu məlumatı Hindistanın “Mint” qəzeti yayıb.

Məlumata görə, Hindistan bu addımı regionda mövqeyini gücləndirmək üçün atıb. Ümumilikdə Çinlə sərhəddə Hindistanın hazırda 200 min hərbçisinin xidmət etdiyi vurğulanıb.

Reaksiya.az

Şərhlər