Çavuşoğlu: İŞİD-lə mübarizə aparan yeganə NATO üzvüyük

28.06.2021 18:11     Dünyadan reaksiya     467

Bu günə qədər Suriya və İraqda 4500 İŞİD qruplaşmasını zərərsizləşdirdik.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliyanın "Messaqqero" qəzetinə açıqlamasında deyib.

"Bu təşkilata gedəcək külli miqdarda pulun qarşısını aldıq. Türkiyə olaraq əvvəldən İŞİD-lə Mübarizə Koalisiyasının fəal üzvü olmuşuq və cəbhədə İŞİD-ə qarşı mübarizə aparan yeganə NATO üzvüyük. Geri çəkilməsinə baxmayaraq, İŞİD hələ də bir təhdiddir", - Çavuşoğlu bildirib.

Reaksiya.az

Şərhlər