Lavrovdan Türkiyəyə kritik səfər

29.06.2021 14:50     Dünyadan reaksiya     441

Rusiya Xarici işlər naziri Sergey Lavrov sabah Türkiyəyə səfər edəcək.

Reaksiya. az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Türkiyə XİN-in məlumatında Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə sabah Antalya şəhərinə gələcəyi vurğulanıb.

Qeyd olunub ki, tərəflər arasında keçiriləcək görüşdə türk-rus münasibətləri və regional məsələlər müzakirə ediləcək.

Reaksiya.az

Şərhlər