İrəvan-Gümrü yolunu bağladılar - Ermənistanda etiraz
29.06.2021 14:53 Dünyadan reaksiya 504
Bu gün Ermənistanın Şirak bölgəsindəki bir neçə kəndin sakinləri İrəvan-Gümrü yolunu bağlayaraq rəsmilərdən su təchizatı ilə bağlı problemin həllini tələb edib.
Reaksiya.az erməni mediasına istinadla bildirir ki, yağıntının olmaması və yüksək hərarət kənd təsərrüfatına ciddi ziyan vurub.
Suvarma suyunun çatışmazlığı səbəbindən Şirak bölgəsinin əkinçiləri məhsulun keyfiyyət və miqdarının aşağı düşdüyünü bildirirlər.
Bölgənin aran ərazilərindəki əkin sahələrində məhsullar artıq tamamilə zay olub.
Şirak bölgəsi administrasiyasının əkinçilik şöbəsinin müdiri Movses Manukyan deyib ki, kəndlilər bir neçə ildir quraqlıq zamanı suvarma problemi yaşayırlar.
İrəvan-Gümrü yolunu bağlayan kəndlilər su probleminin həllini tələb edir, məsələ həll edilmədən yolu açmayacaqlarnı bildirirlər.
Şərhlər