Bakının İrəvan siyasəti budur - Yevseyev

30.06.2021 10:51     Dünyadan reaksiya     390

Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri 44 günlük müharibədən sonra Ermənistan üçün bir dərs effekti verəcək. Azərbaycan bununla öz gücünü, qüdrətini nümayiş etdirir. Ermənistanın isə diz üstə çökmüş vəziyyətindən özbaşına qalxmağa gücü yoxdur.

Reaksiya.az xəbər verir ki, bu sözləri Rusiya Strateji Araşdırmalar İnstitutunun eksperti Vladimir Yevseyev Ermənistan mərbuatına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistanda ikinci hərbi baza açmaq istəyir və hazırda Ermənistanın başqa seçimi yoxdur:

“İndiki mərhələdə Azərbaycan müharibəyə istiqamətlənməyib. Bakı Ermənistanla sülh razılaşması istiqamətində irəliləyir. Buraya Azərbaycanın ərazi bütövlüyü, hazırkı sərhədlərin tanınması, demarkasiya prosesi, dəhlizlərin açılması və s. daxildir”, - deyə Yevseyev bildirib.

Reaksiya.az

Şərhlər