ABŞ senatorları Qarabağ üçün 2 milyon istəyir

30.06.2021 12:38     Dünyadan reaksiya     396

ABŞ Senatının 30-dan çox üzvü minalardan təmizləmə işləri layihələrinin maliyyələşdirilməsinə əlavə vəsait tələbiylə çıxış ediblər.

Reaksiya.az xəbər verir ki, bu məlumatı “Amerikanın səsi” radiosu yayıb.

Məlumata görə, vəsait Əfqanıstan, Laos, Şri-Lanka, Anqola, Zimbabve və keçmiş Dağlıq Qarabağdakı layihələrin maliyyələşdirilməsi üçün tələb edilib.

Qarabağ üçün tələb edilən vəsaitin 2 milyon dollar təşkil etdiyi vurğulanıb.

Reaksiya.az

Şərhlər