Gürcüstan MSK sədri istefaya getdi
30.06.2021 14:28 Dünyadan reaksiya 412
Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniya istefaya gedib.
Reaksiya.az xəbər verir ki, bu məlumatı Jvaniya öz Feysbuk səhifəsində paylaşıb.
Jvaniya istefasından sonra siyasətə qoşulmayacağını bildirib. O, fəaliyyətini beynəlxalq təşkilatlarda davam etdirəcəyini söyləyib.
Qeyd edək ki, Jvaniya 2013-cü ildən MSK-ya rəhbərlik edirdi. Müxalifət onu saxtakarlıqda ittiham edirdi.
Şərhlər