Rusiya və Çin Yapon dənizində təlim keçirəcək
17.08.2015 17:25 Dünyadan reaksiya 2026
Rusiya və Çin donanmaları gələcək həftə Yapon dənizində birgə hərbi təlim keçirəcək. İki ölkədən dəniz zabitləri və müharibə pilotları, koordinasiyalı şəkildə həm quruda, həm də suda hücum işləri aparacaq.
İki ölkənin donanmalarının qatılacağı Yapon dənizindəki birgə təlim 20-28 avqust tarixlərində keçiriləcək. İki ölkə təlimdə döyüş gəmiləri və təyyarələrlə dənizdə endirilməsi manevrlər keçirəcək. Çin donanmasında yeddi döyüş gəmisi, altı vertolyot, beş döyüş təyyarəsi, 21 dənizdə və quruda gedən amfibik avtomobil və 100 əsgər olacaq. Təlimə qatılacaq Rusiya Sakit Okean Donanması isə 20 döyüş gəmisi, iki sualtı gəmi, 10 hərbi təyyarə, doqquz suda-quruda yaşayan avtomobil və 200 əsgərdən ibarət olacaq.
Çin rəsmi xəbər agentliyi “Xinhua”ya danışan çinli mənbə təlimin üçüncü ölkələri hədəf almadığını vurğulayaraq hərbi manevrlərin Rusiya və Çin arasında yaradılan illik təlim cədvəli çərçivəsində keçiriləcəyini qeyd edib.
Yapon Dənizinin Rusiya, Yaponiya, Şimali və Cənubi Koreyaya sahili var. Çin və Rusiya orduları daha əvvəl bu dənizdə birgə təlim təşkil etməmişdi.
Çin donanması şənbə günü Quingdo limanından ayrılaraq Rusiyanın Vladivostok şəhərinə doğru hərəkət edib. Vladivostok limanına cümə günü çatması gözlənən Çin döyüş gəmilərini xalqın izləməsi də mümkün olacaq.
Şərhlər