Bu, Qarabağın qısa zamanda çiçəklənməsinə kömək edəcək

30.06.2021 17:07     Dünyadan reaksiya     341

Azərbaycan öz ərazilərini işğaldan azad etdi və artıq bu ərazini istədiyi formada inkişaf etdirmək kimi tarixi bir imkana sahibdir.

Reaksiya.az xəbər verir ki, bu sözləri Avropa Xəbər Agentliyinin İtaliya üzrə təmsilçisi “Eurasiaticanews” portalının rəhbəri, jurnalist Karlo Marino Birinci Beynəlxalq Qarabağ İqtisadiyyat Forumu zamanı deyib.

Onun sözlərinə görə, azad olunmuş Qarabağ ərazisinə informasiya texnologiyaları, mühəndislik, hətta kosmosla əlaqədar investisiyalar qoymaq olar.

“Azərbaycanın sahib olduğu fantastik geoqrafik quruluş bu ölkənin tezliklə daha da inkişaf etməsinə, Qarabağın qısa zamanda çiçəklənməsinə kömək edəcək” – deyə o bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar