Qərb Krım ətrafında Rusiyadan icazəsiz “üzə” bilmir
01.07.2021 13:26 Dünyadan reaksiya 409
Böyük Britaniya əvvəlcə Qara dənizdə, daha sonra Şərqi Aralıq dənizində Rusiyanın qarşısına çıxdı.
Reaksiya.az xəbər verir ki, bunu türkiyəli tanınmış jurnalist Taha Dağlı deyib.
O bildirib ki, hazırda Qara dənizdə gərginlik artıb:
“Gərginliyin bu qədər artmasının bir çox səbəbi var: Rusiyanın təhdid olaraq gördüyü “Sea Breeze-2021” hərbi təlimləri bunun ən bariz nümunəsidir. Ancaq Qara dənizdəki əsas problem Krımın işğalıdır. Rusiya 2014-cü ildən bəri işğal etdiyi Krım sahillərini öz ərazisi olaraq görür. Bundan başqa Rusiya buradan keçən gəmilərə nəzarətetmə səlahiyyətlərinin özündə olduğunu düşünür.
Qərb Krımın işğal və ilhaqını qəbul etmir. Ancaq Krım sahillərində gəmilərini Rusiyanın icazəsi olmadan üzdürə bilmirlər”, - Dağlı bildirib.
Şərhlər