Korona Rusiyaya 1 trilyon ziyan vurdu

05.07.2021 13:04     Dünyadan reaksiya     447

Koronavirus Rusiya iqtisadiyyatına 2020-ci ildə 997,06 milyard rubl (13,675 milyard dollar) ziyan vurub.

Reaksiya.az xəbər verir ki, bu məlumat Rusiya hökumətinin “Rusiya Federasiyası əhalisinin rihafının sanitar-epidemioloji vəziyyəti haqqında” hesabatında yer alıb.

Hesabatda Rusiyanın koronavirus əleyhinə testlər üçün 108 milyard rubl xərclədiyi bildirilib.

Əhalinin koronavirus məhdudiyyətlərinin olduğu dönəmdə dəstəklənməsi üçün 2020-ci ildə 515 milyard rubl xərclədiyi vurğulanıb.

Reaksiya.az

Şərhlər