Türkiyənin 3 vilayətində “Delta plus” ştammı aşkarlandı
06.07.2021 14:13 Dünyadan reaksiya 464
Türkiyənin 3 fərqli vilayətində yaşayan 3 nəfərdə “Delta plus” ştammı aşkarlanıb.
Reaksiya.az “NTV”yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, “Delta plus” ştammına yoluxan şəxslərdən biri İstanbuldadır. O, digər iki vilayətin adını açıqlamayıb. Həmçinin xəstələrin sağlamlıq vəziyyətinin yaxşı olduğunu deyib.
Qeyd edək ki, Türkiyənin 30 vilayətində “Delta” ştammı aşkarlanıb. Yoluxma sayı isə 284-dür.
Şərhlər