Litva Belarusla sərhəddə divar ucaldır
07.07.2021 17:00 Dünyadan reaksiya 423
Litva Belarusla sərhəddə baryer tikintisinə başlayıb.
Reaksiya.az xəbər verir ki, bu məlumatı ölkənin Baş naziri İnqrida Şimonite paylaşıb.
Divarın ucaldılmasına əsas səbəb kimi miqrant axını göstərilib.
O, bunun qanunsuz miqrant axını təşkil edənlərə qarşı köməkçi vasitə olacağını bildirib.
Qeyd edək ki, Belarus bundan öncə Litvaya olan miqrant axınına mane olmayacağını bəyan edib.
Şərhlər