Haiti prezidentini öldürənlər saxlanıldı
08.07.2021 11:57 Dünyadan reaksiya 432
Haitinin milli polisi ölkə Prezidenti Jovenel Moizin iqamətgahına hücum edərək onu öldürməkdə şübhəli bilinən şəxsləri saxlayıb.
Reaksiya.az xəbər verir ki, bu barədə ölkənin dövlət katibi Franç Ekzantyuz Tvitter səhifəsində yazıb.
“Qatillərlə bağlı ətraflı məlumat veriləcək. Mövcud vəziyyət ölkənin hüquq-mühafizə orqanlarının tamamilə nəzarəti altındadır”, - dövlət katibi deyib.
Xatırladaq ki, Haiti Prezidenti Jovenel Moizin öldürülməsindən sonra ölkədə hərbi vəziyyət elan edilib.
Şərhlər