Bu ölkədə bir gündə 15 zəlzələ baş verdi

08.07.2021 14:37     Dünyadan reaksiya     339

Tayvanda son 24 saat ərzində 15 zəlzələ qeydə alınıb.

Reaksiya.az xəbər verir ki, dünən günortadan sonra başlayan zəlzələlər Tayvanın şərqindəki Hualyen şəhərinə təsirini göstərib.

Səlahiyyətlilər ölən və yaralananın olmadığını bildiriblər. Qeydə alınan zəlzələlər 3,1-5,4 bal arasında olub.

Reaksiya.az

Şərhlər