Rusiya təyyarəsi Prezidentin mətbuat konfransını yarıda kəsdi - VİDEO
09.07.2021 09:58 Dünyadan reaksiya 341
Litva Prezidenti Gitanas Nausedanın İspaniya Baş naziri Pedro Sançeslə NATO-nun Şaulyay şəhərində yerləşən bazasında baş tutan mətbuat konfransı yarımçıq dayandırılıb.
Reaksiya.az “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb Rusiyaya məxsus iki ədəd “Su-24” təyyarəsinin hava məkanına daxil olması və NATO təyyarələrinin təcili olaraq onlara çatmaq üçün yola düşməsi olub. Belə ki, tədbir zamanı məkana hərbçilər gələrək uçuş üçün hazırlaşmağa başlayıblar. Bu zaman hər iki rəsmi şəxsdən kənara çəkilmələri tələb olunub.
Hərbi təyyarələr bazanı tərk etdikdən sonra mətbuat konfransı davam edib.
İspaniya Krallığının Mətbuat xidmətinin məlumatına əsasən, ölkənin iki “Eurofighter” hərbi təyyarəsi həyəcan siqnalı verildiyindən havaya qalxıb. İnsident barədə əlavə detallar açıqlanmayıb.
Rusiya Silahlı Qüvvələrinin mətbuat katibi kapitan Andrius Dildanın “TASS”a verdiyi məlumata görə, həyəcan siqnalına Rusiyanın iki “Su-24” təyyarəsinin Baltik dənizi üzərində uçuşu səbəb olub: “Rusiyaya məxsus iki ədəd “Su-24” təyyarəsi Kalininqrad bölgəsindən Rusiya materikinə uçurdu”.
Rusiya Müdafiə Nazirliyi də faktı təsdiqləyib. Bildirilib ki, təyyarələr beynəlxalq qaydalara uyğun olaraq Baltik dənizinin neytral sularından keçib.
Şərhlər