Talibandan Rusiyaya sərhəd zəmanəti
09.07.2021 11:49 Dünyadan reaksiya 471
Talibanın nümayəndə heyəti Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulova Mərkəzi Asiya ölkələrinin sərhədlərini pozmayacağına dair zəmanət verib.
Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN qeyd edib ki, Taliban xarici dövlətlərin diplomatik və konsulluq nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsinə dair də təminat verib.
Rusiya tərəfi Taliban nümayəndələrinə Əfqanıstanın şimal bölgələrində gərginliyin artması ilə bağlı narahatlığını çatdırıb və münaqişənin ölkədən kənarda yayılmasının qarşısını almağa çağırıb
Şərhlər