İsrail baş naziri ilə Kral arasında gizli görüş

09.07.2021 11:50     Dünyadan reaksiya     461

İsrail Baş naziri Naftali Bennett və İordaniya Kralı II Abdullahın Əmmanda gizli görüş keçirdiyi iddia olunub.

Reaksiya.az xəbər verir ki, bu iddia ilə "Valla" qəzeti çıxış edib.

Qəzet görüşün ötən həftə baş tutduğunu və tərəflər arasında görüşün çox müsbət atmosferdə keçdiyini bildirib. Liderlərin iki ölkə arasında yeni səhifə açmaqda razılaşdığı vurğulanıb.

Görüş zamanı İordaniyadakı su böhranı və İsraildən mümkün yardımların da müzakirə olunduğu qeyd olunub.

Reaksiya.az

Şərhlər