Nikol Xankəndiyə gedə bilməz - Moskva qadağa qoyub

09.07.2021 11:52     Dünyadan reaksiya     485

Nikol Paşinyana Moskvada sərt şəkildə bildirdilər ki, ona hazırda Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycanın Xankəndi şəhərinə bir daha səfər etmək olmaz.

Reaksiya.az xəbər verir ki, bu barədə erməni KİV-ə müsahibəsində tanınmış rusiyalı politoloq Stanislav Tarasov bildirib.

“Diplomatiyanın öz qanunları var. Ermənistan üçtərəfli bəyanat imzalayanda etiraf edib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. İndi Nikol Paşinyan Xankəndiyə yalnız Bakının icazəsindən sonra gedə bilər.

Hər hansı bir siyasi problemə rus matryoşkası prizmasından baxsanız, məlum olar ki, bir element o birinin içində olmadan son nəticə əldə edilə bilməz. Paşinyan tam dalana dirənib. Problem ondadır ki, Paşinyan elə özü bütün danışıqlar prosesini iflasa uğradıb, indi də düşünür ki, Putin onun bütün səhvlərini düzəldə biləcək. Amma Rusiya Prezidenti bunu etməyəcək. Fransızlar da ona kömək edə bilməyəcək”, - deyə ekspert bildirib.

Reaksiya.az

Şərhlər