Taliban: Əfqanıstan hökumətini ləğv etməyəcəyik

09.07.2021 13:23     Dünyadan reaksiya     517

Taliban Əfqanıstan hökumətinin ləğvinə cəhd etmir.

Reaksiya.az xəbər verir ki, bunu Talibanın Moskvaya göndərdiyi nümayəndə heyətinin rəhbəri Şahabuddin Delavar deyib.

O, Talibanın Əfqanıstan cəmiyyətinin bütün nümayəndələrinin dövlətin işində iştirak etməsinə tərəfdar olduğunu deyib.

Delavar Əfqanıstanda dövlət formasını dəyişməklə bağlı müzakirə aparmağa hazır olduqlarını, amma özlərinin əmirliyin yaradılmasını istədiklərini bildirib.

Reaksiya..az

Şərhlər