Pakistanda “Taliban” qruplaşmasının 50 üzvü məhv edilib

18.08.2015 04:52     Dünyadan reaksiya     1562

Pakistanın Şimali Vəziristan əyalətində hava zərbələri nəticəsində azı 50 “Taliban” qruplaşmasının üzvü məhv edilib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Pakistan ordusunun rəsmiləri bildirib.

Məlumata görə, həmçinin qruplaşmaya məxsus silah-sursat anbarı məhv edilib.

Pakistanın hökumət qüvvələri 2014-cü ilin iyunundan Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan əyalətində taliblərə qarşı əməliyyat aparır. Bu müddət ərzində, rəsmi məlumatlara əsasən, 3 minə yaxın “Taliban” üzvü öldürülüb.

Şərhlər