Çin dünyadakı insanların genlərini toplayır

12.07.2021 11:24     Dünyadan reaksiya     429

Çin NİFTY prenatal testi vasitəsilə bütün dünya üzrə genetik məlumatlar toplayır.

Reaksiya.az xəbər verir ki, bu məlumatı “Röyters” agentliyi yayıb.

Məlumata görə, bu testlər vasitəsilə hamilə qadınlardan əldə olunan məlumatlar şirkətə göndərilir.

Agentlik artıq testdən keçən 500-dən çox avropalı və asiyalı qadının genetik məlumatlarının Şençjen şəhərində yerləşən Çin Milli Gen Bankında saxlandığını bildirib. Bu gen bankının Çin hökuməti tərəfindən maliyyələşdirildiyi vurğulanıb.

Reaksiya.az

Şərhlər