Ukrayna Azərbaycana aviareyslərin sayını artırır

12.07.2021 14:51     Dünyadan reaksiya     414

Ukrayna Beynəlxalq Hava Yolları Azərbaycana reyslərin sayını artırır.

Reaksiya.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Reyslərin sayı koronavirusla bağlı məhdudiyyətlərin yumşaldılması ilə bağlı artırılır.

Artıq iyul ayında aviaşirkət Bakı-Kiyev-Bakı marşrutu üzrə reysləri həftədə iki dəfə həyata keçirəcək.

Qeyd edək ki, iyulun 13-dən başlayaraq uçuşlar çərşənbə axşamları, iyulun 24-dən isə şənbə günləri baş tutacaq.

Reaksiya.az

Şərhlər