Gorusda erməni qubernatorların oğlanları atışdı
14.07.2021 12:12 Dünyadan reaksiya 632
Gorusda Sünik bölgəsinin keçmiş və indiki rəhbərlərinin oğlanları bir-birlərinə atəş açıblar.
Reaksiya.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, hadisə zamanı ölən və yaralanan olub.
“Surik Xaçatryanın (Sünikin “Liska” ləqəbli keçmiş qubernatoru) oğlu Tiqran Xaçatryan hazırkı qubernator Melikset Poqosyanın oğluna atəş açıb”, - məlumatda bildirilib.
Şərhlər