Kreml Aİ-nin Qarabağ danışıqlarında vasitəçilik səylərinə münasibət bildirdi
21.07.2021 14:21 Dünyadan reaksiya 656
Rusiya mövcud razılaşmaların implementasiyasına töhfə verərsə, Avropa İttifaqı (Aİ) ölkələrinin Qarabağ danışıqlarında vasitəçilik səylərini alqışlamağa hazırdır.
TASS-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Vasitəçilik səyləri sabitlik, proqnozlaşdırma gətirirsə və mövcud razılaşmaların implementasiyasına kömək edərsə, o zaman yalnız alqışlamaq olar. Ümumiyyətlə, bu istiqamətdə işlər yaxşı gedir”, - deyə Peskov Aİ ölkələrinin Qarabağla bağlı üçtərəfli danışıqlar formatına qoşulma niyyətləri barədə bəyanatlarına münasibət bildirərkən deyib.
Şərhlər