Türkiyədə ard-arda zəlzələlər baş verdi

22.07.2021 11:16     Dünyadan reaksiya     547

Egey dənizində ard-arda iki dəfə - 4 və 4.2 bal gücündə zəlzələ olub.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Birinci yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 03:48-də, ikinci isə 04:20-də İzmir şəhərinin Karaburun rayonu sahillərinə yaxın bölgədə baş verib.

Zəlzələlər 23,10 kilometr dərinlikdə meydana gəlib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Reaksiya.az

Şərhlər