Üçüncü dünya müharibəsi bu tarixdə başlayacaq

26.07.2021 12:13     Dünyadan reaksiya     688

ABŞ admiralı Ceyms Stavridis və jurnalist Elliot Akermanın üçüncü dünya müharibəsinin nə zaman və necə başlayacağı haqqında kitabları diqqət çəkib.

Unikal.org xəbər verir ki, "2034: Növbəti dünya müharibəsi romanı" adlanan kitabda savaşın 2034-cü ildə başlayacağı bildirilib. Kitabda qeyd olunub ki, Üçüncü Dünya Müharibəsi 2034-cü ildə ABŞ hərbi gəmilərinin Cənubi Çin dənizinə girməsi ilə başlayacaq. 

Bildirilib ki, sözügedən müharibəni qazanan tərəf isə Rusiya olacaq. 

Qeyd edək ki, kitab ölkədə ciddi qəbul edilənlər siyahısında yer alıb. 

Reaksiya.az

Şərhlər