Moskva Qara dənizi bağlayacaq - Saakaşvili

26.07.2021 14:45     Dünyadan reaksiya     708

Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri Mixail Saakaşvili Şimal Axını-2 qaz kəmərinin işə salınmasından sonra Ukrayna üçün alternativ tapıb.

O, bu barədə Ukrayna-24 telekanalının efirində danışıb.

Saakaşvili bildirib ki, qaz kəmərinin tikintisi başa çatdıqda Ukrayna öz resurslarını inkişaf etdirməyə, xüsusilə də "yaşıl" hidrogeni istehsal etməyə başlamalıdır.

Onun sözlərinə görə, layihənin reallaşdırılmasından sonra Ukrayna ərazisindən qaz tranzitinin davam edəcəyinə dair zəmanətlərə etibar etmək olmaz və Kiyevin geosiyasi əhəmiyyəti Şimal Axını-2-nin işə başlamasından sonra yalnız azalacaq.

Bundan əlavə, Saakaşvili "yaşıl" hidrogen yataqlarının əsasən ölkənin cənubunda yerləşdiyinə görə Moskvanı Ukrayna üçün Qara dənizi bağlamaq istəyində günahlandırıb.

Reaksiya.az

Şərhlər