Almaniya Azərbaycan və Ermənistanı atəşkəsi bərpa etməyə çağırır

29.07.2021 16:22     Dünyadan reaksiya     792

"Almaniya Azərbaycan və Ermənistanı atəşkəsi bərpa etməyə çağırır".

Bunu Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Matthias Lüttenberq "Twitter"də bildirib.

"Ermənistanla Azərbaycan arasında yenidən şiddətli gərginləşmə dərin narahatlıq doğurur. Almaniya hər iki tərəfi atəşkəsi bərpa etməyə və insan həyatını qorumaq üçün əllərindən gələni etməyə çağırır", - deyə Matthias Lüttenberq vurğulayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar