ABŞ erməni tələbələrə yardımı dayandırdı

06.06.2015 19:30     Dünyadan reaksiya     1128

ABŞ-ın Ermənistandakı səfirliyi heç də ermənilərin xoşuna gəlməyən mühüm qərara imza atıb. 

ANS PRESS-in məlumatına görə, super dövlətin İrəvandakı diplomatik nümayəndəliyi bu ölkənin Gürcüstandakı İctimai Əlaqələr İnstitunda (GIPA, Georgian institute of Public Affaris) təhsil alan erməni tələbələrin təlim və təhsili üçün ayırdığı vəsaiti dayandırıb. 

Bu barədə "Jamanak" qəzeti yazır ki, bundan sonra tələbələr üçün maliyyə yardımı verilməyəcək. 

Qəzet bildirir ki, Amerika səfirliyinin maliyyə yardımı ilə təqribən 60 erməni tələbə GIPA-da təhsil alırdı. İndi orada təhsil almaq fikrində olanlar 3200 dollar ödəməlidir. Bu, isə mümkünsüz görünür. 

Ekspertlərin fikrincə, son vaxtlar ABŞ hökuməti Ermənistan yardım ayırmaqdan imtina edir. Buna səbəb isə Ermənistan hakimiyyətinin ikili oyun oynaması, Rusiya ilə münasibətlərə üstünlük verməsidir: "Serj Sarkisyan hakimiyyəti Qərb dairələrində sevilmir və o, ciddi siyasətçi kimi qəbul edilmir."

Şərhlər