“Taliban”la məxfi saziş - Radikallar hakimiyyəti pulla alıblar
16.08.2021 14:02 Dünyadan reaksiya 1216
2020-ci ilin əvvəlindən etibarən “Taliban” yaraqlıları Əfqanıstan hərbi qulluqçuları ilə əllərində olan silahları təhvil vermək, təslim olmaq və ya fərarilik etmək üçün gizli danışıqlar aparıblar.
Bu iddianı “The Washington Post” irəli sürüb.
ABŞ nəşrinin mənbələri bildirib ki, Əfqanıstan rəsmilərinin elan etdiyi atəşkəs razılaşmaları əslində, məxfi sövdələşmələrin nəticəsidir. “Taliban” liderləri hökumət qüvvələrinin silahlarını təhvil verməsi müqabilində onlara pul təklif ediblər".
2020-ci ilin əvvəlindən etibarən “Taliban” Əfqanıstan əyalət rəhbərləri və digər rəsmilərlə bu cür müxtəlif müqavilələr bağlayıb.
Bu sövdələşmələr “Taliban”ın ölkənin bir çox əyalətlərinə nəzarəti ələ keçirməsinə imkan yaradıb.
Sövdələşməyə razılaşanların bəziləri sadəcə pul istəyib.
Bir çox polis məmuru aylarla maaş almadıqlarından şikayətlənib.
ABŞ 2020-ci ilin fevralında “Taliban”la sülh müqaviləsi imzalayanda Əfqanıstan silahlı qüvvələri artıq yaraqlılarla mübarizədə Amerika tərəfinin fəal köməyinə arxalana bilməyəcəklərini hiss edərək təslim olmağa başlayıblar.
Şərhlər