Çenin qatili: “Əslində başını kəsməli idik”

18.08.2015 11:44     Dünyadan reaksiya     2195

Fidel Kastro ilə Kuba inqilabına liderlik edən Çe Quvaranın qatili Rodrigez ölümü sübut etmək üçün ilk əvvəl Çenin əllərini yox, başını kəsmək istədiklərini etiraf edib.

Reaksiya.az xarici mətbuata istinadən xəbər verir ki, Ernesto Çe Quvaranı öldürən keçmiş MKİ agenti Felix Rodrigez Çenin öldürülməsindən sonra baş verən “çətin qərar prosesi” haqqında danışıb. Latviyanın Baltkom radiosuna danışan Rodrigez bildirib ki, hansısa qərara gəlmək üçün bir neçə gün gözləyiblər: " Bolivya Baş qərargah rəisi Ovando Candia Fidel Kastronun Çenin öldürüldüyünə inanmaması ehtimalı olduğunu, buna görə də ciddi bir sübut tapmalı olduğumuzu düşünürdü".

Baş qərargah rəisi belə istədi

Bundan sonra generalın Çenin başını kəsməyi təklif etdiyini deyən Rodriguez qeyd edib ki, ancaq bunu o da etməyib: “Çünki vəzifəsinə insan başını konkret sübut kimi təqdim etməsi mümkün deyildi".

Başı olmasın, barmaqları olsun

Rodriguez yalnız bundan sonra Çenin barmağının kəsilməsinin təklif edib. Çünki Argentina polisində Çenin barmaq izləri qeydiyyatda olub, buna görə də tək barmaqla Çenin öldürülməsini təsdiq etmək olardı. Ancaq Rodriguez, ən sonunda Generalın Chenin əllərini kəsmə qərarı aldığını ifadə edib.

Xatırladaq ki, inqilabçı Çe 8 oktyabr 1967-ci ildə Bolivya ordusu tərəfindən həbs olunmuşdu. Daha sonra MKİ agentləri Çeni girov götürmüş və edam etmişdi.

Şərhlər

Çox oxunanlar