Çində dəniz suyuna zəhər qarışıb

18.08.2015 11:55     Dünyadan reaksiya     2150

 

Çinin rəsmi mətbu orqanlarından “People'S Daily” qəzeti keçən həftə iki böyük partlayışla sarsılan Tiencin limanı civarında  dəniz suyunda yüksək miqdarda siyanur müəyyən olunduğunu yazıb. Reaksiya.az Çinin “People'S Daily” qəzetinə istinadən xəbər verir ki, limanın bir hissəsində aparılan araşdırmalar müəyyən edilən zəhərin çox aşağı səviyyədə olduğunu və dəniz ekologiyasını təhdid etmədiyini önə sürüb. Qəzet ayrıca, dəniz suyunu ölçmək üçün ümumilik 13 stansiyadan istifadə edildiyini qeyd edib. Pekin Hərbi Bölgəsi Qərargah rəisi Şi Luzi əvvəlki gün təşkil etdiyi mətbuat konfransında təhlükəli maddə daşınması sahəsində fəaliyyət göstərən bir şirkətin antrepolarında yüzlərlə ton yüksək dərəcədə zəhərli natrium siyanür maddəsinin yığıldığı açıqlamışdı.

Ölü sayısı 200-ə yaxınlaşa bilər

Digər tərəfdən Çin mətbuatı dünən vəfat edən yaralılarla birlikdə ölü sayısının 114 - ə yüksəldiyini bildirib, itkin düşən 70  nəfər üçün həyat ümidlərinin tükənməkdə olduğu şərhlərinə yer verib. Mərkəzi  Hong Kongda yerləşən “South China Morning Post” qəzeti isə itkin düşənlərin hamısının xilas edildiyini, itkin düşənlərin yaxınlarının kifayət qədər məlumat əldə bilməməkdən şikayət etdiklərini qeyd edib.

Şərhlər

Çox oxunanlar