Suriyalı nazirdən ÇAĞIRIŞ: qayıdın!

28.09.2021 13:54     Dünyadan reaksiya     547

Suriyanın Xarici işlər naziri Faysal Mikdad 10 ildən artıq davam edən vətəndaş müharibəsi nəticəsində ölkəni tərk edən insanlara çağırış edib.

 F.Mikdad ölkənin qapılarının Suriyaya qayıtmaq istəyən qaçqınlara açıq olduğunu söyləyib.

Nazir tezliklə ölkədəki digər dövlətlərin ordularının Suriyadan çıxarılacağını və miqrantlar üçün təhlükə olmayacağını vurğulayıb.

Faysal Mikdad yaxın vaxtlarda Türkiyə ordusunun da İdlibdən çıxacağını qeyd edib.(publika)

Reaksiya.az

Şərhlər