Hindistan prezidentinin arvadı öldü
18.08.2015 12:25 Dünyadan reaksiya 3046
Hindistan prezidenti Pranab Mukercinin həyat yoldaşı Suvra Mukerci dünyasını dəyişib.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumat prezident katibliyinin yaydığı rəsmi bəyanatda yer alıb:
"Dərin hüznlə bildiririk ki, bu gün səhər ölkənin birinci xanımı Suvra Mukerci vəfat edib. O, bu dünyanı saat 10:51 radələrində tərk edib".
Times of İndia nəşri yazır ki, o, xəstəlik ucbatından dünyasını dəyişib. Suvra xanımın nəfəs borularında problem olub.
Qeyd edək ki, Suvra Mukerci 1940-cı il sentyabr ayının 17-də Cessor şəhərində ( hazırda bu ərazi Banqladeşə daxildir) anadan olub, 17 yaşında hazırki prezident Pranaba ərə gedib.
O, Hindistanın məşhur şairi Rabindranad Taborun şerilərə bəstələnən mahnıları oxuyub, Avropa, Asiya və Afrikada keçirilən teatr tamaşalarında iştirak edib.
Suvra Mukercinin həm də rəssam olub, onun bir neçə şəxsi rəsm sərgiləri keçirilib.
Şərhlər