ABŞ Azərbaycan və Ermənistana çağırış edib

09.11.2021 12:06     Dünyadan reaksiya     323

ABŞ Dövlət Departamenti Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı üçtərəfli bəyanatın imzalanmasının ildönümü münasibətilə Bakı və İrəvana ATƏT-in xətti də daxil olmaqla münaqişə ilə bağlı qalan bütün məsələləri həll etməyə çağırıb.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

“Biz Ermənistan və Azərbaycanı Qarabağ münaqişəsi ilə bağlı bu və ya digər şəkildə həll olunmamış bütün məsələlərin kompleks həlli yollarını tapmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrləri də daxil olmaqla, qarşılıqlı fəaliyyəti davam etdirməyə və intensivləşdirməyə çağırırıq”, - açıqlamada bildirilib.

Reaksiya.az

Şərhlər