Saakaşvilinin tərəfdarları aksiya keçirdilər: 46 nəfər saxlanıldı

10.11.2021 12:53     Dünyadan reaksiya     354

Bu gün səhər saatlarından etibarən  Tbilisidə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin binası qarşısında etiraz aksiyası keçirilir.

Reaksiya.az unikal.org-a istinadən xəbər verir  ki, etirazçılar keçmiş Prezident Mixeil Saakaşvilinin mülki xəstəxanaya köçürülməsi, azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin təyin olunmasını tələb edirlər. 

Əraziyə  çox sayda  polis qüvvələri  cəlb olunub.  Aksiyada etirazçılar və polis arasında qarşıdurma baş verib. Nəticədə 46 nəfər inzibati qaydada saxlanılıb.

Qeyd olunub ki, həmin şəxslər inzibati orqanların binalarına girişi bağlamaq və onların fəaliyyətlərini dayandırmağa cəhd ediblər.

Reaksiya.az

Şərhlər