“Bizə deyirlər Azərbaycanda, Suriyada, Liviyada nə işiniz var” - Ərdoğan

10.11.2021 13:15     Dünyadan reaksiya     370

“Mustafa Kamal Atatürk Suriyada, Liviyada, Çanaqqalada, Qafqaz sərhədlərimizdə olub”.

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkü anma mərasimində çıxışı zamanı bildirib.

“İndi bizə deyirlər ki, Azərbaycanda, Suriyada, Liviyada nə işiniz var. Bəs siz Atatürk yolu ilə gedirdiniz?! Görünür, dürüst deyillər. Türkiyə bu gün də Suriyadadır, Liviyadadır, Qafqazdadır”, - Prezident vurğulayıb.

Reaksiya.az

Şərhlər