"Bakı Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsi yaratmaq istəyir" - Paşinyan

11.11.2021 12:41     Dünyadan reaksiya     356

"Azərbaycan Gorus-Qafan avtomobil yolunda gömrük nəzarət-buraxılış məntəqəsi yaratmaq istəyir, ona görə də Ermənistan yeni yoldan istifadə edəcək".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin iclasında deyib.

Paşinyan, həmçinin əlavə edib ki, Azərbaycan öz ərazisində Eyvazlı - Çayzəmi hissəsində gömrük nəzarəti məntəqəsi qurmaq istəyir. Onun sözlərinə görə, bundan sonra Ermənistan tərəfi vətəndaşlarını Qafan- Ağvani-Tatev yolu ilə istiqamətləndirmək qərarına gəlib: "On illərdir keçilməz olan bu yol demək olar ki, tam hazırdır".

Xatırladaq ki, mətbuatda Gorus-Qafan nəzarət-buraxılış məntəqəsinin noyabrın 11-dən yaradılması barədə məlumat verilib.

Reaksiya.az

Şərhlər