İrəvanda revanşistlər küçələri bağlayır: Axşam mitinq var
22.11.2021 13:39 Dünyadan reaksiya 341
Bu gün İrəvanda etiraz aksiyası keçirilib.
Aksiyada iştirak edənlərdən 18 nəfəri saxlanılıb.
Məlumata görə, aksiyanı revanşist qüvvələr təşkil edib və məqsəd sərhəd problemlərinə diqqəti çəkməkdir. Etirazçılar 40 dəqiqə ərzində İrəvanda bir neçə küçəni bağlayıb.
Polis elan edib ki, onun tələbinə tabe olmayan vətəndaşları İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsinə əsasən saxlayıb.
Etiraz aksiyasının bu gün yerli vaxtla saat 17:00-da paytaxtın respublika meydanında davam etdirilməsi planlaşdırılır.
Şərhlər