Rus turistləri Antalyaya getməkdə çətinlik çəkir - Səbəb - VİDEO

18.08.2015 14:30     Dünyadan reaksiya     2611

İlin ilk 6 ayında Türkiyənin ən böyük turizm bazarı hesab edilən Rusiyadan gələn turistlərin sayı 470 min aşağı düşüb.

Reaksiya.az xəbər verir ki, ekspertlər bunu  Rusiyadakı devalvasiya və rubl böhranı ilə əlaqələndirirlər.

Antalya Mədəniyyət və Turizm İdarəsinin məlumatlarına görə, bu il avqust ayının 15-dək Antalya və Gazipaşa hava limanlarından 7 milyon 284 min turist girişi olub. İki hava limanından keçən il eyni dövrdə 7 milyon 720 min turist girişi reallaşıb. Bu isə 6 faiz azalma və ya 436 min turistin itirilməsi deməkdir.

Bu dövrdə Muğla və İzmir vilayətlərində də geriləmə baş verib. 7 aylıq dövrdə 6.1 faiz azalma yaşayan Muğlaya 1.5 milyon az ziyarətçi gəlib.

Ümumilikdə isə Türkiyəyə 6 aylıq dövrdə səfər edən xaricilərin sayı 2.25 faiz azalıb.

Bu rəqəm 15 milyon 238 mindən 14 milyon 894 minə düşüb. Altı aylıq dövrdə, Almaniyadan gələnlərin sayı isə 10.9 faiz artaraq 2 milyon 109 minə çatıb.

Həmin dövrdə Rusiyadan gələnlərin sayı isə 24.3 faiz aşağı düşüb və itki 470 min nəfərdir.

Şərhlər

Çox oxunanlar