Rusiya Qara dənizdə təlimlər keçirib
24.11.2021 14:29 Dünyadan reaksiya 336
Rusiya Qara dənizdə 10 aviasiya vasitəsi və bir neçə gəminin iştirakı ilə hərbi təlim keçirib. Bu barədə “İnterfaks” Rusiyanın Qara Dəniz Donanmasına istinadən məlumat yayıb.
Hərbi təlimlər Ukrayna ilə gərginliyin yüksək həddə çatdığı və ABŞ rəsmilərinin Rusiyanın cənub qonşusuna mümkün hücumu barədə narahatlıqlarını səsləndirdiyi bir vaxtda keçirilib.
Qeyd edək ki, Rusiyanın Qara Dəniz Donanması 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krım yarımadasında yerləşir.
Şərhlər