İsrail və Ermənistan sərhəddəki vəziyyəti müzakirə etdi
25.11.2021 14:31 Dünyadan reaksiya 313
İsrail və Ermənistan xarici işlər nazirləri Yair Lapid və Ararat Mirzoyan arasında telefon danışığı olub.
Reaksiya.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, tərəflər söhbət zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Bununla yanaşı, nazirlər iki ölkə arasında münasibətlərin cari vəziyyəti və ikitərəfli əlaqələrin perspektivləri barədə fikir mübadiləsi də aparıblar.
Şərhlər